Qubada bəzi küçələrə şəhidlərin adı veriləcək - FOTO

Yeniliklər 12 Yanvar 2021 | 23:29
OXUNUB: 1687

Quba rayonu ərazisində bəzi yolların əsaslı təmiri, asfaltlanması işləri aparılır.

Quba şəhərinin ən böyük yaşayış massivlərindən biri olan, “Aeroport ərazisi” adlanan, hazırda 32-33-cü məhəllənin küçələrinin yolları yenidən qurulur.

Yaşayış massivindəki küçələrin bəzilərinə Birinci Qarabağ müharibəsi şəhidlərinin və görkəmli şəxsiyyətlərin adları verilib. Hazırda adsız olan küçələrə Vətən müharibəsi şəhidlərinin adları verilərək, xatirələrinin əbədiləşdirilməsi nəzərdə tutulub. Artıq Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev görülən işlərlə yerində tanış olub, aidiyyati şəxslərə lazımı tapşırıq və tövsiyyələrini verib.

Qeyd edək ki, hazırda adı çəkilən yaşayış massivində 22 küçə mövcuddur və küçələrin ümumi uzunluğu 16 kilometrdən çoxdur.

Təxminən 40 ilə yaxındır ki, ərazidə əhalinin məskunlaşması başlanılıb. Burada minə yaxın yaşayış evi mövcuddur. Uzun illər ərazidə əhali yollarının narahatlığı səbəbindən müəyyən problemlərlə rastlaşırdılar. Yaxın vaxtlarda ərazidəki bütün küçələrin asfaltlanması işlərinin başa çatdırılması nəzərdə tutulur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man