Yeni manatlar bu ay dövriyyəyə buraxılacaq - FOTO

Yeniliklər 11 Yanvar 2021 | 14:35
OXUNUB: 1214

Yanvar ayı ərzində Azərbaycanda 1, 5 və 50 manatlıq yeni əskinasların dövriyyəyə buraxılması nəzərdə tutulur.

Bu barədə Avtosfer.az-a Mərkəzi Bankdan məlumat verilib.

Qeyd olunub ki, yenilənmiş əsginasların dizayn və müdafiə sistemlərində mövcud konsepsiya çərçivəsində yeni texnologiyalar və innovasiyalar tətbiq edilib.

Mərkəzi Bankdan bildiriblər ki, yenilənmiş 1, 5 və 50 manatlıq əskinaslar hazırda mövcud olan eyni dəyərli əsginaslarla paralel olaraq dövriyyədə olacaq.

Yenilənmiş əskinaslarda müdafiə elementləri qismində 3D effeti ilə hərəkət edən və rəngini dəyişən "RollingStar Lead" holoqramı, dinamik işıq effekti və rəng təsvirləri olan "Spark Live" elementi, Azərbaycanın dövlət gerbi və nominal dəyərin təsvir olunduğu su nişanı, görmə məhdudiyyətli şəxslər üçün əsginasın dəyərini və həqiqiliyini tanımağa imkan verən qabardılmış xətt elementləri, əsginasın əks tərəfinin müasir trendlərə uyğun olaraq şaquli dizaynı və digər elementlərdən istifadə olunub.

В Азербайджане выпускаются новые банкноты номиналом 1, 5 и 50 манатов

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man