Sürücülərin diqqətinə:Bu küçədəki svetoforlar işə salındı - VİDEO - FOTO

Yeniliklər 09 Yanvar 2021 | 18:15
OXUNUB: 12517

Bir müddət öncə paytaxtın Yusif Səfərov küçəsi və onunla kəsişən bir neçə küçədə hərəkətin təşkilində dəyişiklik edilmiş və həmin kəsişmələrə svetofor obyekti quraşdırılmışdır. Qeyd edək ki, həmin svetofor obyektləri artıq bu gündən işə salınıb.

Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı polis baş leytenantı Toğrul Nəsirli və ekspert Elməddin Muradlı sürücüləri məlumatlandırmaq üçün həmin əraziyə baş çəkiblər.

Polis baş leytenantı Toğrul Nəsirli Avtosfer.az vasitəsilə sürücülərə müraciət edib: “Həmin istiqamətlərdə hərəkət edən sürücülərə tövsiyə edirik ki, svetoforların və yol nişanlarının tələblərinə ciddi şəkildə riayət etsinlər. Qeyd etmək istəyirik ki, bu 1 həftəlik eksperiment xarakteri daşıyır. Əgər svetoforların iş rejimi müsbət nəticə verərsə yol nişanları və svetoforların siqnalları daimi olaraq qüvvədə qalacaq”.

 

Qeyd edək ki, hərəkətin təşkilindəki bu dəyişiklik Bakı Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib.

 

Ətraflı videoreportajı təqdim edirik:

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man