Bütün "iPhone" lar cibə yerləşməyəcək -Appleavtomobil istehsalına başlayır

Yeniliklər 08 Yanvar 2021 | 21:50
OXUNUB: 941

Apple bu gün Apple Car layihəsi ilə yenə gündəmə gəlib. Bu dəfə Bloomberg-də açıqlama yayılıb.

Avtosfer.az Mark Gurman-ın sözlərinə istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin hazırlanması hələ çox erkən səviyyədədir. Apple vasitə üzərində işləyir, lakin istehsal üçün ən az 5 -7 il lazımdır. Həm avtonom elektrikli avtomobil istehsal etmək, həm də digər şirkətlərə satmaq üçün bir avtonom idarəetmə sistemi yaradan Apple çox təcrübəli adlarla çalışır. Hətta Gurman açıq şəkildə layihə qrupunun başındakı 11 vacib adı paylaşıb. Verilən məlumatlar arasında adıçəkilən şəxslərin pandemiya səbəbilə hazırda evdə çalışdığı diqqət çəkir.

5-ci avtonom səviyyəni hədəf alan texnologiya nəhəngi, bu çərçivədə Apple Car üçün gələcək kokpit dizaynlarını da inkişaf etdirir. Şirkət avtonom sürücülük üçün süni intellekt yönümlü xüsusi avtomobil prosessoru da dizayn edir. Məlumdur ki, Apple hazırda prosessor baxımından dünyanın ən yaxşıları arasındadır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man