Agentlik rəsmisi: “Laçın və Şuşaya iki istiqamətdən hərəkət etmək mümkün olacaq”

Yeniliklər 08 Yanvar 2021 | 13:20
OXUNUB: 649

Hacıqabul- Bəhrəmtəpə-Horadiz-Mincivan-Ermənistan sərhədi magistral yolunun Horadiz-Mincivan-Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisi ilə bağlı layihə hazırlanır. Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəfli bildirib ki, bu yol Füzuli-Cəbrayıl-Zəngilan ərazilərindən keçəcək:

“Paralel olaraq həmin magistral yoldan Qubadlı və Laçın şəhərlərinə doğru yeni yolun inşasının layihələndirilməsi işləri aparılır. Cəbrayıl və Füzuli şəhərləri arasında da yeni yolun inşasına dair layihələndirilmə işləri aparılır. Yaxın müddət ərzində cənub istiqamətində Füzuli-Şuşa yolunun inşasından əlavə, digər yolların da inşasına start veriləcək”

O bildirib ki, qeyd olunan bütün yollar respublika əhəmiyyətli hesab olunur:

“Sözügedən yollar Azərbaycanın bir çox rayonlarını, iri yaşayış məntəqələrini birləşdirdiyi üçün respublika əhəmiyyətlidir. Bu yolların inşası ilə Laçına və Şuşaya həm şimaldan, həm də cənub istiqamətindən rahat yollarla hərəkət etmək mümkün olacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man