Bakının bu hissəsində yeni pullu parkinq yaradılır

Yeniliklər 06 Yanvar 2021 | 20:08
OXUNUB: 1747

Bakıda müasir standartlara uyğun yeni avtomobil dayanacağı yaradılır.

Avtosfer.az-ın məlumatına görə, sözügedən dayanacaq Puşkin küçəsində, Dövlət Dəmir Yol Xəstəxanasının qarşısında yerləşəcək.

Bu günə kimi həmin ərazi boş olduğundan parkinq kimi istifadə olunub, ancaq hansı qurumun balansında olduğu bəlli deyildi.

Hazırda isə Azərbaycan Dəmir Yolları QSC tərəfindən ərazi abadlaşdırılıb, avtomobillərin dayanması üçün yerdə xətlənmə işləri görülüb. Meydan xüsusi vasitələrlə əhatəyə alınıb və bir giriş-çıxış qoyulub.

Qurumun əməkdaşları bildiriblər ki, ərazidə avtomobil saxlamaq üçün qiymət digər dayancaqlarda olduğu kimi hesablanacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man