Azərbaycan xüsusi dronlar alacaq - Minaları partlatmaq üçün

Yeniliklər 06 Yanvar 2021 | 14:00
OXUNUB: 1714

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş torpaqlarımızın təmizlənməsi üçün yeni texnikanın alınmasını planlaşdırır. Bunu “Sputnik Azərbaycan”a ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov söyləyib. “Bizdə beşinci nəsil “Bojena”lardan istifadə olunur. İndi daha müasir analoqunu almağı planlaşdırırıq. Eləcə də, dronları yoxlamadan keçiririk. İlkin nəticədən razı qalmışıq. Ancaq hələ əməliyyatlara cəlb etməmişik. Dronun istehsalçılarına müraciət edərək, bəzi parametrləri əlavə etmələrini istəmişik”, - İsmayılov deyib.

PUA-lar ərazinin daha düzgün coğrafi koordinatlarını almağa və axtarış işlərini asanlaşdırmağa imkan verir. Bununla yanaşı, ANAMA əməkdaş sıralarını da genişləndirib, istehkamçıların sayı 400-dən 600-ə çatdırılıb. 

Ancaq təşkilat bununla kifayətlənmək niyyətində deyil, çünki yaxın bir neçə il ərzində respublikanın bütün işğaldan azad olunmuş ərazilərini minalardan təmizləməlidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man