Nazirlikdən verilən məlumata görə, prosedur çox sadədir: İlk növbədə e-sosial.az portalına daxil olur və qeydiyyatdan keçirsiniz. Daha sonra e-xidmətlər pəncərəsindən “İş yerinə dair arayış” bölməsini seçir və lazım olan məlumatları sistemə daxil edirsiniz. Beləliklə, istənilən vaxt daha asan, sürətli və rahat şəkildə həmin arayışı əldə edirsiniz.
Ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385 880 müraciət qeydə alınıb.
Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətləri özündə cəmləşdirən e-sosial.az portalında həmçinin 30 e-arayış xidməti də əhalinin istifadəsindədir.
“İş yerinə dair arayış” ilə bağlı ətraflı məlumat almaq üçün nazirlik tərəfindən hazırlanan video çarxı təqdim edirik.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man