Bakıya kommunal təyinatlı avtonəqliyyat vasitələrinin növbəti partiyası gətirilib

Yeniliklər 30 Dekabr 2020 | 16:26
OXUNUB: 653

Paytaxtın kommunal xidmətləri üçün daha 10 ədəd kommunal təyinatlı avtonəqliyyat vasitəsi gətirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Avtosfer.az-a bildirilib ki, yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq.

Qeyd edək ki, ümumilikdə bu il alınması nəzərdə tutulan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin 16-sı noyabr ayında Bakıya gətirilib və istismara buraxılıb.

Texnika sayının artırılması paytaxtın müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın "Mott MacDonald" şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq. Yeni, müasir texnikaların tətbiqi Bakının sanitar təmizliyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man