Rusiyada PUA-lara qarşı yeni lazer silahlar yaradılır

Yeniliklər 30 Dekabr 2020 | 10:38
OXUNUB: 889

“Rusiyada pilotsuz uçan aparatlarla (PUA) mübarizə çərçivəsində yeni lazer sistemləri yaradılır”. 

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko “Krasnaya Zvezda” qəzetinə müsahibədə bildirib. 

Nazir müavini qeyd edib ki, hazırda düşmənin PUA-larına qarşı “Peresvet” kompleksindən başqa optik və optik-elektron vasitələrlə təchiz edilmiş digər lazer komplekslərinin yaradılması istiqamətində işlər davam etdirilir: “Zirehli maşınlara sözügedən atəş silahları quraşdırılır ki, bu da hücum edən həssas silahlara – PUA-lara qarşı mübarizəni qarşılayacaq. Havadakı elektron avadanlığın funksional şəkildə məhvi üçün radiotezlik kompleksi də hazırlanır”. 

A.Krivoruçko əlavə edib ki, ötən ilin sonundan etibarən bütün “Peresvet” lazer kompleksləri artıq silahlanmaya qəbul edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man