Dekabrın 20-dən başlayaraq “Xaliq Faiqoğlu” şirkətinin istehsalat bazasında sürücülərin yanğın təhlükəsizliyi mövzusunda peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı təlimlərə başlanılıb. Bu barədə Avtosfer.az-a şirkətdən məlumat verilib. Bildirilib ki, “Fire Safety Caspian Azerbaijan” MMC ilə əməkdaşlıq çərçivəsində yüksək ixtisaslı mütəxəssislərin təlimçi kimi cəlb edildiyi praktiki məşğələlərə şirkətdə çalışan bütün sürücü heyətinin iştirakı nəzərdə tutulub.
Təlim zamanı sürücülərə fövqəladə hallar zamanı, xüsusilə nəqliyyat vasitəsində yanğın və ya tüstülənmə hallarının baş verdiyi vaxtlarda davranış qaydaları növbəti dəfə izah edilir, sürücülər əyani vəsaitlərdən istifadə edərək təhlükəsizlik qaydalarına əməl edilməklə müəyyən sınaq hərəkətləri edir, onlar baş verə biləcək hadisələr zamanı hansı formada və ardıcıllıqla davranacaqlarını nümayiş etdirirlər. Praktiki mərhələdə həm köpüklü, həm də toz formalı yanğınsöndürmə vasitələrindən istifadə edilir.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti sürücülərin peşə hazırlığının artırılması məqsədi ilə mütəmadi təlimlər həyata keçirilir. Bununla yanaşı şirkət avtobuslardakı yanğınsöndürmə vasitələrini normativlərin tələbinə uyğun olaraq daim yeniləyir və bu məsələ nəzarətdə saxlanılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man