“Telegram” mesencerində ödənişli xidmətlər yaranacaq

Yeniliklər 23 Dekabr 2020 | 14:21
OXUNUB: 841

“Telegram” mesencerində 2021-ci ildən yeni ödənişli xidmətlər tətbiq olunacaq.

“Report” xəbər verir ki, bu barədə mesencerin banisi Pavel Durov öz “Telegram” kanalında bildirərək hazırkı xidmətlərin bundan sonra da ödənişsiz fəaliyyət göstərəcıklərini, yeni tətbiq ediləcək xidmətlərin isə “işgüzar komandalar və daha böyük ehtiyaclara malik istifadəçilər” üçün əlverişli olacağını qeyd edib.

Bununla yanaşı, “Telegram”ın satılmayacağını qeyd edən sahibkar hazırda mesencerin 500 milyona yaxın fəal istifadəçisinin olduğunu, bundan sonra da fəaliyyətə davam etmək üçün “azı yüz milyardlarla dollar”a ehtiyac olduğunu diqqətə çatdırıb. Müəyyən vaxta qədər mesencerin maliyyə ehtiyaclarını təkbaşına ödəmiş P.Durov artıq bunun mümkün olmadığını qeyd edib.

Lakin buna baxmayaraq, “Telegram”ın mesaj ötürmə ilə bağlı xidmətlərində bundan sonra da reklam yerləşdirilməyəcəyi vurğulanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man