Sürücülər sərnişinlərin minib düşməsi üçün avtobus zolağından istifadə edə bilər.
Bu barədə Avtosfer.az-a-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, sürücülər bunu o zaman edə bilər ki, həmin yerdə başqa qadağanedici nişan yoxdur.
"Əgər avtobus zolağı qırıq-qırıq nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, digər nəqliyyat vasitələri aşağıdakı hallarda həmin zolaqdan istifadə edə bilər:
Sağa dönərkən (müvafiq kənar vəziyyət tutmaq üçün);
Sağa döndükdən sonra döndüyü yolun sağ kənarına yaxın hərəkət etmək üçün (lakin döndükdən dərhal sonra zolağı tərk eləməlidir);
Başqa qadağalar yoxdursa, sərnişinlərin minməsi və düşməsi üçün. Başqa məqsədlər üçün avtobus zolağında nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilə bilməz".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man