Gürcüstanda Azərbaycan sərhədinə qədər yolun inşası təxirə salınıb

Yeniliklər 21 Dekabr 2020 | 16:38
OXUNUB: 724

Gürcüstanın Rustavi şəhərindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə qədər olan yolun tikintisi təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsini icra edən Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, buna koronavirus pandemiyasının yaratdığı maliyyə resurslarının çatışmazlığı səbəb olub.

M.Tskitişvili gələn il icrasına başlana biləcək müəyyən layihələrin təxirə salınmasının qaçılmaz olduğunu qeyd edib: “Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı yol hissələri də bu layihələrdəndir. Onlara 2023-cü ilə qədər start verə bilməyəcəyik. Layihələrin həyata keçirilməsinə hazır olsaq da, maliyyə və fiskal çərçivə buna imkan vermir”.

Qeyd edək ki, ötən ilin fevralında Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı magistral yollarının inşası ilə bağlı Avropa İnvestisiya Bankı Gürcüstana 250 milyon avro həcmində kredit ayırıb. Tikinti işlərinin 2023-cü ilədək başa çatdırılması planlaşdırılırdı.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man