Qarabağda yeni avtomobil yolları çəkiləcək

Yeniliklər 18 Dekabr 2020 | 12:15
OXUNUB: 891

Göygöl rayonundan Kəlbəcər rayonuna yeni avtomobil yolu çəkiləcək.

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov bildirib.

"Bu yolun Murovdağdan keçməklə, Göygölün Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə İstisya qədər - 102 km olmasını nəzərdə tuturuq. Yol 3 zolaqdan ibarət olacaq ki, dağlıq ərazilərdə yük maşınları minik maşınlarına mane olmasın. Hazırda həmin yolun layihəsi hazırlanır", - deyə o, qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Kəlbəcər rayonundan Laçın rayonuna da dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır.

"Həmçinin Qubadlı-Laçın avtomobil yolunun tikintisi, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı avtomobil yolunun isə yenidən magistral yol kimi çəkilməsi nəzərdə tutulur", - deyə H.Rüstəmov əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man