“Google” passiv istifadəçilərin hesablarını silməyə başlayacaq

Yeniliklər 17 Dekabr 2020 | 21:50
OXUNUB: 644

Bir müddət əvvəl "Google" şirkəti "Google Photos" xidmətində yerləşdirilmiş şəkillər üçün məhdudiyyətsiz bulud saxlanc sisteminin təqdim edilməsi siyasətindən imtina etmişdi. Yenilik 2021-ci ilin yayından tətbiq ediləcək. Bundan başqa, 2021-ci ilin yayından şirkət 2 ildən çox istifadə edilməyən "Gmail", "Google Drive" və ya "Google Photos" hesablarının silinməsi qaydasını tətbiq edəcək.
 
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, hesabınızın silinməməsi üçün vaxtaşırı ondan istifadə etmək lazımdır. Bu halda istifadəçi onun hesabı üçün ayrılmış 15 QB-lıq limit həddini keçərsə və 2 il müddətində əlavə disk sahəsi üçün ödəniş etməsə, axtarış nəhəngi yuxarıda göstərilən xidmətlərdəki məzmunu silmək hüququna malik olacaq.
 
Qeyd etmək lazımdır ki, şirkət hesabı silməzdən öncə onun sahibinə öz niyyəti haqqında bildirəcək. Xəbərdarlıq elektron poçta məktub şəklində göndəriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man