Təbrizdə Səttər xanın adını daşıyan metro stansiyası istifadəyə verilib

Yeniliklər 17 Dekabr 2020 | 16:06
OXUNUB: 809

İran prezidenti Həsən Ruhani dekabrın 17-də videokonfrans formatında Təbriz Metropoliteninin daha dörd yeni stansiyasının açılışında iştirak edib.

“Report” xəbər verir ki, məlumatı Səhər TV yayıb.

Stansiyalar “Sərdare Milli” (Səttər xan), “İmam Hüseyn”, “Şəhid Baqiri” və “Nur” adlanır.

Yeni stansiyalar Təbriz metrosunun birinci xəttinin təkmilləşdirilməsi işləri çərçivəsində tikilib.

Qeyd edək ki, dörd əsas və bir kənar xəttə aid olan beş xətdən ibarət Təbriz metrosunun uzunluğu yüz kilometrdir. Hazırda birinci xəttin birinci və ikinci blokundan istifadə edilir. “El Gölü” stansiyasından “Saat Meydanı” stansiyasınadək uzanan bu blokların uzunluğu bütövlükdə on bir kilometrdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man