Xırdalanın küçələri asfaltlanır – Başçı əraziyə gəldi - FOTO

Yeniliklər 17 Dekabr 2020 | 15:24
OXUNUB: 643

Abşeron rayonun Xırdalan şəhərində küçələrə asfalt örtüyü çəkilir. Avtosfer.az xəbər verir ki, bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova görülən işlərlə yerində tanış olmaq məqsədi ilə əraziyə gəlib. Bildirilib ki, əsaslı şəkildə yenidən qurulan Məhəmməd Əmin Rəsulzadə küçəsinin uzunluğu 1120 m , eni isə ortalama 14 m təşkil edir. Asfaltlanma işləri 24 min kv.m sahəni əhatə edir.  Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 1400 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb. Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Hazırda adı çəkilən küçədə asfaltlanma işləri aparılır. Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edilib ki, M.Ə.Rəsulzadə küçəsində görülən işlər başa çatdıqdan sonra Qəşəm Aslanov küçəsinə də asfalt örütüyünün çəkilməsi həyata keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man