Gürcüstan beynəlxaq uçuşlara məhdudiyyətlərin müddətini yenidən uzatdı

Yeniliklər 17 Dekabr 2020 | 14:50
OXUNUB: 596

Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlər 2021-ci ilin yanvarın 31-dək qüvvədə olacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.

Məlumata əsasən, qərar Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milan şəhərlərinə yerinə yetirilən birbaşa və Kutaisi hava limanından həyata keçirilən uçuşlara aid edilmir.

Qeyd edək ki, bundan öncə məhdudiyyətlərin müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılmışdı. Gələn ilin fevral ayından etibarən qonşu ölkədə beynəlxalq uçuşlara tətbiq olunan məhdudiyyətlərin aradan götürüləcəyi gözlənilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man