Bakıda daha iki küçənin təmiri yekunlaşır - FOTO - VİDEO

Yeniliklər 17 Dekabr 2020 | 13:21
OXUNUB: 714

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə Nəsimi rayonu ərazisində genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır. 

Artıq rayonun əsaslı şəkildə təmir edilən  Mirəli Qaşqay küçəsində işlər sona çatdırılıb.  Yenidən qurulan küçənin uzunluğu 2.3 km, eni isə ortalama 8 m təşkil edir.

Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərirdi.

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub,  köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.

Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun ardınca küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. 

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra küçə boyu zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılaraq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılıb. Mirəli Qaşqay küçəsi artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir.  

Yaxın günlərdə Nəsimi rayonunda daha bir küçənin də təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bu Xan Şuşinski küçəsinin 1.2 km-lik hissəsidir. Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Asfaltlanma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Anoloji işlər hazırda rayonun Yusif Vəzir Çəmənzəmənli, Qulu Quliyev, Akademik Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrində də aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man