Bu ərazidə piyadaların rahatlığı və təhlükəsizliyi təmin edildi - FOTO

Yeniliklər 16 Dekabr 2020 | 14:43
OXUNUB: 653

Daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Sıx məskunlaşmanın və təhsil müəssələrinin olduğu bu küçədə mövcud eyni səviyyəli piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

ℹNəticədə:

✅Ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib;

✅inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub;

✅svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizliyi maksimum həddə çatdırılıb.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi, nizamlanan eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man