"Boeing 737 Max”lar kommersiya uçuşlarına qaytarıldı

Yeniliklər 10 Dekabr 2020 | 15:27
OXUNUB: 563

İlyarımdır dünya miqyasında müntəzəm daşımalarda istifadə edilməyən “Boeing 737 Max” təyyarələri dünən kommersiya uçuşlarında yenidən istifadə olunmağa başlayıb.

“Report” AP-yə istinadən xəbər verir ki, Braziliyanın ən böyük hava yolu şirkəti “Gol”a məxsus “Max” təyyarəsi San Paolodan qalxaraq ölkənin cənubundakı Porto Aleqre şəhərində yerə enib.

Şirkətə məxsus yeddi ədəd “Boeing 737 Max”ın ölkədaxili xətlərdə istifadə olunacağı bildirilir.

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixində İndoneziyada, 10 mart 2019-cu il tarixində isə Efiopiyada baş vermiş böyük qəzalar nəticəsində çoxlu insan tələfatdan sonra “Boeing 737 Max” tipli təyyarələrin müntəzəm xətlərdə istifadəsi əksər ölkələrdə dayandırılmışdı.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man