Türkiyənin Baykar müdafiə sənayesi istehsalat birliyi fəaliyyətini sürətlə genişləndirir.
TED.az xəbər verir ki, şirkət bununla bağlı sosial şəbəkədəki hesabı vasitəsilə növbəti paylaşım edib.
Paylaşımda bildirilib ki, bir il əvvəl səmaya qalxan Akıncı pilotsuz uçuş aparatı artıq 61-ci testi də müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin büdcə müzakirələrində də Baykar müdafiə sənayesi istehsalat birliyinin fəaliyyətinə dəstək verilməsi gündəmdədir. Deputatlar Akıncı hücum pilotsuz uçuş aparatının (TİHA) qazandığı uğurları yüksək dəyərləndiriblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man