“ADY Express” Azərbaycanda istehsal olunan koksu nəql etməyə başlayıb

Yeniliklər 08 Dekabr 2020 | 13:18
OXUNUB: 558

Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks artıq Çinə ixrac olunur.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti - “ADY Express” MMC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, şirkət həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirir.

Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırıldıqdan sonraə dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.

İlkin olaraq 2020-ci il noyabr-dekabr aylarında layihə üzrə 27000 ton koks-un daşınması nəzərdə tutulur ki, artıq 245 vaqonla 15742 ton yükün nəqli həyata keçirilib. Vaqon təminatı ADY və və “ADY Express"ə məxsusdur.

Azərbaycandan Çinə bu növ yüklərin davamlı nəqli nəzərdə tutulur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man