“Telegram” yeni funksiya istifadəyə verəcək

Yeniliklər 03 Dekabr 2020 | 23:57
OXUNUB: 980

"Telegram" tərtibatçıları çoxdan gözlənilən yeniliklərdən birinin açıq sınaqlarına başlayıblar. Belə ki, messencerdə "Zoom", "Skype" və digər oxşar layihələrlə rəqabətə imkan verəcək qrup şəklində videoəlaqə funksiyası istifadəyə veriləcək. Bu barədə "iGuides" texnologiyalar portalının məlumatında deyilir.

Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, hazırda qrup şəklində zənglər yalnız "Telegram"ın "Android" əməliyyat sistemi üçün beta versiyasında tətbiq edilib. Onu rəsmi "Telegram" kanalından yükləmək mümkündür.

Testlər başa çatdıqdan sonra qrup şəklində zəngləri "iOS", "iPadOS", "Windows", "macOS" və "Linux" daxil olmaqla bütün dəstəklənən platformalarda istifadəyə veriləcək.

Qrup şəklində zəngə xüsusi hüquqa malik qrup və ya ünsiyyət inzibatçısı başlaya bilər. İki zəng variantı mövcuddur: bütün iştirakçılar və ya yalnız inzibatçılar danışa bilər.

Qrup şəklində zənglər funksiyasını "@tginfochat" qrupunda test etmək olar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man