“Orduya gedənlərin ailələrinə maddi dəstək verilsin” - TƏKLİF

Yeniliklər 01 Oktyabr 2020 | 10:55
OXUNUB: 893

Vətənimizin bütövlüyü uğurunda mübarizə aparan şanlı Azərbaycan Ordusunun şücaətindən ruhlanan on minlərlə həmvətənimiz könüllü olaraq ordumuzla birlikdə döyüşlərə qatılmaq üçün müraciət edirlər.

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

V.Bayramov qeyd edib ki, vətənin bütövlüyünü, milli birliyi hər şeydən üstün tutun həmin könüllülərimiz arasında dövlət və özəl qurumlarda çalışan, eləcə də günəmuzd işləyən vətəndaşlarımız da var:

“Artıq qismən səfərbərlik də həyata keçirilir. Dövlət və özəl qurumlarda əmək haqqı müqaviləsi ilə çalışan və orduya könüllü qoşulan vətəndaşlarımıza, onların ailələrinə bildirmək istəyirəm ki, maaşların ödənilməsində problem olmayacaq.

Bununla yanaşı, qeyd edim ki, çoxlu sayda həmyerlilərimiz var ki, onlar ya günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışırdılar. Onlar könüllü şəkildə orduya yazılır və ərazi bütövlüyünün qorunmasında iştirak edirlər. Həmin vətəndaşlarımızın ailələrinin sosial təminatının qorunmasında iştirakımız və onlara hamımızın dəstək olmağımız çox da vacibdir. Bu baxımdan, təklif edirəm ki, könüllü və qismən səfərbərliklə torpaqlarımızın işğaldan azad olunması üçün orduya qoşulan vətəndaşlarımızın siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılaraq müvafiq dəstəkləyici tədbirlər daha da genişləndirilsin. Günəmuzd işləyən və ya işləməyən vətəndaşlarımızın ailələrinə maliyyə dəstəyi ilə bağlı tədbirlərin də instensivləşdirilməsinə ehtiyac var”.

Onun digər təklifi könüllü hərbiçilərimizin ailələrinə dəstək üçün xüsusi fondun yaradılması ilə bağlıdır:

“Bu xüsusi dəstək fonduna sahibklar, eləcə də digər vətəndaşlarımız da yardım edə bilər ki, bu da hərbçilərimizin ailələrinin sosial təminatının gücləndirilməsinə köməklik etmiş olar. Odur ki, vətənimizin bütövlüyü və gələcəyi uğurunda milli birliyimizi və dəstəyimizi daha da möhkəmləndirək!

Ali Baş Komandamıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işgalına son qoyulacagına inanırıq. Bizim işimiz haqq işidir!”

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man