Azərbaycan və İran arasında yükdaşıma ilə bağlı görüş keçirilib

Yeniliklər 17 Sentyabr 2020 | 17:18
OXUNUB: 1214

Sentyabrın 16-da Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyətin müzakirə edilməsi üçün hər iki ölkənin aidiyyəti qurum nümayəndələrinin videokonfrans formatında görüşü keçirilib.

Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran İslam Respublikasının nümayəndə heyətinə Yol və Avtomobil Nəqliyyatı Təşkilatının tranzit və beynəlxalq nəqliyyat məsələləri üzrə baş idarəsinin rəisi Cavad Hidayəti rəhbərlik edib.
Görüşə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri də onlayn rejimdə qoşulublar.
Görüşdə pandemiya şəraitində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, infeksiyanın yayılmaması məqsədilə hər iki ölkənin Hökumətləri tərəfindən tətbiq edilən qaydalara riayət edilməsi, yük daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtodaşıyıcılar tərəfindən “İcazə” blanklarının istifadə edilməsinin statistik təhlili və mövcud şəraitdə daşımaların inkişaf perspektivləri məsələləri müzakirə edilərək, müvafiq razılıq əldə edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man