Agentlik "Aqrobiznes TV" kanalı açdı - FOTO - VİDEO

Yeniliklər 17 Sentyabr 2020 | 15:29
OXUNUB: 1539

Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqroservis ASC tərəfindən yeni online TV kanalı təsis edilib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə,  "Aqrobiznes TV" kanalı bu gün efir həyatına başlayır. 
Kanalda
- əkinçilikdə aqrotexniki qulluq qaydaları,
- subsidiya və digər fermeryönümlü dövlət dəstək tədbirləri,
- bazar qiymətləri,
- dünyanın aqrar sektorunda ən son elmi-texniki yeniliklər,
- heyvandarlıqda ən məhsuldar cinslər və vacib zootexniki qaydalar, 
- baytarlıq və xətəliklərlə mübarizə metodları, 
- kiçik, orta və iri biznes ideyaları, 
- kəndin inkişafı, fermerlərin güclənməsi üçün dövlət və özəl şirkətlərin təklifləri,
kənd təsərrüfatı sahəsində sizə lazım olan simalar və çoxsaylı ideyalar ilə tanış olacaqsınız. Həmçinin sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.
Bu axşam 20.30-da Aqrobiznes TV-ni Youtube, Facebook və İnstagram üzərindən izləyə bilərsiniz!

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man