Taksi xidməti elektromobillərdən istifadəyə keçəcək

Yeniliklər 14 Sentyabr 2020 | 20:40
OXUNUB: 922

Uber beynəlxalq taksi aqreqatoru İspaniyadakı sürücülərini 2025-ci ilədək elektromobillərə keçirməyi planlaşdırır.

Kompaniya bu məqsədlə “Renault” və “Nissan” şirkətləri, həmçinin “General Motors” korporasiyası ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Uber mayın 2-dən etibarən ilk dəfə olaraq Avropada, o cümlədən Hollandiya, Fransa, Böyük Britaniya, Belçika, İspaniya və Portuqaliyada fəaliyyət göstərəcək.

Layihədə “Renault” və “Nissan” elektromobilləri iştirak edəcək. Bu elektromobillərə keçmək istəyən sürücülər maliyyə cəhətdən stimullaşdırılacaq.

ABŞ-da Uber taksi sürücülərinə “Chevrolet Bolt” elektromobillərini təklif edəcək. Həmin elektromobillərin şarj cihazlarına da güzəşt olunacaq. Bundan əvvəl belə güzəşt yalnız “General Motors” şirkətinin əməkdaşları üçün nəzərdə tutulurdu. (AZƏRTAC)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man