Velosipedli sərnişinlər üçün tramvay istifadəyə verildi - FOTOLAR

Yeniliklər 03 Sentyabr 2020 | 23:33
OXUNUB: 1390

Türkiyənin Konya vilayətində velosiped tramvayı yerli sakinlərin istifadəsinə verilib. Avtosfer.az xəbər verir ki, vilayət ölkənin ən uzun (550 kilometr) velosiped yoluna sahibdir. Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən həyata keçirilən layihədə, 1992-ci və 2015-ci illər arasında ictimai nəqliyyatda istifadə edilən tramvay, indi velosipedli sərnişinlərə xidmət göstərəcək.

Tramvayı velosiped tramvayına çevirmək üçün göyərtəsində bir sıra düzəlişlər aparılıb. Burada iki nəfərlik oturacaqlar sökülərək, bir nəfərlik oturacaqlarla əvəzlənib, bəziləri isə götürülüb və yerlərinə velosipedi sabit saxlayan 21 ədəd xüsusi aparat quraşdırılıb. Bundan əlavə, velosipedlərin tramvaya rahat şəkilədə mindirilib-düşürülməsi üçün, açılıb-bağlanan hidrovlik ayaqaltılar velosipedçilərin ixtiyarına verilib. 

Bələdiyyə başçısı Uğur İbrahim Altay 2023-cü ilə qədər velosiped yoluna daha 84 kilometr əlavə edilərək inşa ediləcəyini bildirib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man