Hava təmizləyən maska təqdim olunub

Yeniliklər 28 Avqust 2020 | 18:56
OXUNUB: 1104

LG şirkəti ötən gün üzə maska kimi taxılan kiçik hava təmizləyən cihazını rəsmən təqdim edib.

Yeni cihaz LG-nin ev üçün hava təmizləyicilərində istifadə olunan iki ədəd filterlə və iki ədəd batareya ilə çalışan ventilyatorla təchiz olunub.

Şirkətin açıqlamasına görə, həmin ventilyatorlar xüsusi sensor vasitəsilə nəfəs aldıqda və ya verdikdə müvafiq olaraq sürəti tənzimləyirlər.

Həmçinin saatda 820 milliamperlik batareyalar sayəsində cihazın az güc rejimində 8 saat, çox güc rejimində isə 2 saat ərzində çalışdığı qeyd olunur.

Sentyabrın 3-dən 5-dək Berlində keçiriləcək İFA 2020 beynəlxalq elektonik və ev ləvazimatları sərgisində nümayiş olunacaq bu cihaz birbaşa koronavirusdan qorunmaq üçün nəzərdə tutulmasa da, bu məqsədlə geniş istifadə olunacağı şübhə doğurmur. (“Report”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man