Sərnişinlər xəttə buraxılan M10 ekspress marşrutundan məmnundur - VİDEO

Yeniliklər 18 Avqust 2020 | 13:46
OXUNUB: 1081

Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı, sərnişindaşımada təhlükəsizliyin təmin olunması çərçivəsində Mərdəkan qəsəbəsini şəhər mərkəzi ilə əlaqələndirən M10 ekspress xətti (Mərdəkan qəsəbəsi – Nəriman Nərimanov metro stansiyası) 17.08.2020-ci il tarixindən fəaliyyətə başlayıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, marşrut istifadəçiləri, onların rahatlığı üçün yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, ekspress xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətinə verilib. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb edilir. Avtobuslar saat 06:30-dan 21:00-dək fəaliyyət göstərirlər. M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunur.

Agentlikdən həmçinin məlumat verilib ki, son 3 ayda ətraf qəsəbələr üzrə 5 belə ekspress marşrutları xəttə buraxılıb. Nəticədə Maştağa, Mərdəkan, Zabrat, Yeni Suraxanı, Qaraçuxur və Bakıxanov qəsəbələri üzrə sərnişindaşımaları yaxşılaşdırılıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man