Bakıda elektriklə işləyən avtobuslar istehsal ediləcək

Yeniliklər 13 Avqust 2020 | 21:29
OXUNUB: 1310

Yaxın vaxtlarda Azərbaycanda ilk dəfə olaraq elektriklə işləyən avtobusların istehsalı başlanacaq. Yeni avtobuslar özəlliyi onların günəş və külək enerji ilə hərəkət etməsidir.

Avtosfer.az xəbər verir ki, avtobusun istehsalı İnnovasiyalar Agentliyinin dəstəyi ilə həyata keçiriləcək. Avtomobilin bütün detalları Azərbaycanda istehsal olunur.

14 nəfərlik tutumu olan yeni avtobuslar tamamilə elektriklə, günəş və külək enerjisi ilə işləyəcək.

Bunun üçün avtobusların damında günəş panelləri və külək enerjisi quürğusu – külək turbini var. Avtobus hərəkət etdikdə bu turbinlər hə hərəkət edərək avtobusun işi üçün enerji hasil edəcək.

Nəticədə avtobuslar günəş və külək olduqda faktiki olaraq daimi hərəkət edə biləcəklər. Birdəfəlik tam enerji yığmaqla isə 60 kilometr gedə biləcək. Bu da şəhər və rayonların daxili üçün əlverişli göstəricidir.

Avtobusların istehsalı ilə məşğul oldan komanda bütünlüklə azərbaycanlılardan ibarətdir. Qarşıdakı 2-3 həftədə avtobusun testləri başlayacaq. Daha sonra isə onun kütləvi istehsalına start veriləcək.

Yeni avtobus şirkətin bir qədər əvvəl istehsal etdiyi və ilk dəfə İsmayııllıda quraşdırılan ağıllı dayanacaqlar üçün nəzərdə tutulub. İlk avtobusda İsmayııllıdakı iki ağıllı dayanacaq arasında xəttə buraxılacaq.

Sözükedən şirkət indiyədək Azərbaycandakı istehsal sahələrinə 13 milyon manata yaxın yatırım edib. (FED.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man