Şamaxıya gedənlər tıxaca düşməyəcək - körpü genişləndirir - FOTO

Yeniliklər 25 İyul 2020 | 16:13
OXUNUB: 3694

Prezidentin tapşırığı ilə Bakı-Sumqayıt yolunun genişləndirilməsi başa çatıb. Bununla paralel Sulutəpə dairəsinin genişləndirilməsi məsələsi də gündəmə gəlib. Şamaxı istiqamətində gedənlərin Sulutəpə dairəsinində dəqiqələrlə tıxacda qalması son vaxtlar daha böyük problemlər yaşadırdı. Nəticədə körpünün üzrəinədək sıxlıq yaranırdı. İndi Ekologiya postunun yanındakı körpü genişləndirilir və beləliklə, posta çatmamış sağa dönüb Şamaxı istiqamətində gedənlər Sulutəpə dairəsinində tıxaca düşməyəcək. 
Həmin ərzidə artıq tikinti-quraşdırma işləri aparılır, bununla paralel Bakı-Sumqayıt yolunun üzərindəki körpü də genişləndirilir. 
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Sulutəpə dairəsi üzərində yeni yol ötürücüsü inşa edilir. "Artıq ilkin işlərə başlanılıb. Bu yol ötürücüsünün məqsədi ondan ibarətdir ki, müxtəlif istiqamətlərdə dairəyə girmədən hərəkət etmək mümkün olacaq. Bu da günün pik saatlarında həmin ərazidə sıxlığın azalmasına səbəb olacaq." 
Anar Nəcəfli qeyd edib ki, Bakı-Sumqayıt yolunda genişləndirlmə işləri davam etdiriləcək. "Bakı-Sumqayıt yolunda Sulutəpə dairəsinə çatmamış yerləşən dəmir yolu körpüsünün də sökülüb yerində dayaqsız daha yüngül konstruksiyalı körpü salınacağı  nəzərdə tutulub."

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man