Bakı metrosunda stansiyaların sayı 76-ya çatdırılacaq - RƏSMİ

Yeniliklər 26 İyun 2020 | 13:30
OXUNUB: 879

2030-cu ildə Bakının yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə çatacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Bakı Metropoliteni” QSC-nin 2019-cu il üçün Maliyyə Hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat ilində Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 30 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar altı parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Hazırda vaqonların inventar parkı 295 vaqondan ibarətdir. 2019-cu ildə texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verən və havalandırma imkanı əvvəlki avadanlıqlarla müqayisədə 3-4 dəfə çox olan yeddi ən müasir ventilyator alınaraq quraşdırılıb.

Hazırda “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man