Məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydası MM-də nümayiş olunub

Yeniliklər 25 İyun 2020 | 12:19
OXUNUB: 707

Milli Məclisdə bir sıra məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydası nümayiş etdirilib.

Bu barədə bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda ikinci oxunuşda müzakirəyə çıxarılan Cəzaların İcrası  Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi barədə təqdimatla çıxış edən millət vəkili Kamal Cəfərov məlumat verib.

Cihazı nümayiş etdirən K. Cəfərov deyib ki, cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır. Cihazı gün ərzində bir dəfə bir saat elektrik enerjisi ilə təmin etmək üçün müvafiq avadanlıq da nümayiş olunub: “Cihaza qulluq da yalnız bundan, yəni gündə bir dəfə elektrik enerjisi ilə doldurulmasından ibarətdir”.

Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşda parlamentdə müzakirəsi zamanı cihazlara qulluğun necə həyata keçiriləcəyi barədə məsələ qaldırılmışdı. (APA) 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man