BNA Binə qəsəbəsinin mərkəzidə svetofor quraşdırdı - FOTO

Yeniliklər 24 İyun 2020 | 14:24
OXUNUB: 1370

Nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə, daha bir yol kəsişməsində svetofor obyekti quraşdırılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Xəzər rayonu Binə qəsəbəsinin mərkəzi hissəsi hesab olunan Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində monitorinqlər aparılıb. Kəsişmədəki eyni səviyyəli piyada keçidinin tənzimlənməməsinin nəqliyyat vasitələrinin hərəkətində gecikmələr yaratdığı və piyadaların həyatları üçün də böyük risk olduğu müəyyən edilib.

Problemləri aradan qaldırmaq məqsədilə, sözügedən yol kəsişməsində svetofor obyektləri quraşdırılıb. Svetofor dirəklərinə görmə məhdudiyyətli şəxslər üçün xüsusi səs qurğuları da qoyulub.

Bununla da qeyd edilən ünvanda piyadaların təhlükəsizliyi və rahatlığı təmin edilib, nəqliyyat ləngimələri aradan qaldırılıb.

 

Fidan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man