“Tunel tipli yolötürücülərinin inşası tıxacların aradan qaldırılmasına böyük töhfə verir”

Yeniliklər 22 İyun 2020 | 15:12
OXUNUB: 965

Bu gün Abşeron yarımadası Azərbaycanda əhalinin ən sıx məskunlaşdığı ərazidir. Belə ki, Bakı ətrafındakı qəsəbələrlə birlikdə böyük aqlomerasiya yaradıb. Bu qədər əhalinin iqtisadi fəallığının təmin edilməsi nəqliyyatın üzərinə böyük iş qoyur. Bu cür gərginliyin azaldılması istiqamətində aidiyyəti qurumlar tərəfindən mütəmadi işlər aparılır. Bunlardan biri “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu keçidlərinin yeraltı avtomobil yolları (tunel) ilə əvəz edilməsidir.

Ümumiyyətlə, tunel tipli yolötürücülərinin tikintisi nəqliyyatın tənzimlənməsi baxımından nə dərəcədə effektivdir?

Avtosfer.az xəbər verir ki, bu barədə Editor.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dəmir yolu xəttinin avtomobil yolu ilə eyni səviyyədə kəsişməsində bu cür tunellərin tikintisi çox mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu layihə qatarların təhlükəsiz, sürətli, fasiləsiz və qrafikə uyğun hərəkətinin təmin edilməsində vacib rola malikdir: ”Bu gün Azərbaycanda dəmir yolları avtomobil yolları ilə eyni səviyyədə kəsişirlər. Daha təhlükəli keçidlərin yeraltı avtomobil tunelləri tikməklə ləğv edilməsi çərşivəsində artıq 8 yeraltı avtomobil tunelləri tikilib. Tunellər, ilk növbədə, dəmir yolu və avtomobil nəqliyyat növlərinin təhlükəsiz hərəkətini təmin edir. Belə ki, qatarlarla avtomobillərin hərəkəti bir-birinə maneə yaratmadan təhlükəsiz şəraitdə təşkil edilir”.

R.Ağamirzəyev diqqətə çatdırıb ki, dəmir yolunda təhlükəsizlik səviyyəsinin artması sərnişin və yük qatarlarının sürətinin artması ilə müşayiət olunur:

“Tunellərin inşası eyni zamanda avtomobillərin də hərəkətinin intensivliyini təmin edir. Bu da öz növbəsində tıxacların aradan qaldırılmasında mühüm rol oynayır. Beləliklə, sürücülər və sərnişinlər mənzil başına təhlükəsiz, rahat, vaxtında çatmış olurlar. Tixacda qalmaq təkcə zaman itkisi yox, həm də əlavə yanacaq sərfiyyatı və xərc deməkdir. Tıxacların aradan aqaldırılması bu cür xərcləri neytrallaşdırır və insanları izafi maliyyə yükündən azad edir. Bu layihənin reallaşması hərəkətin təhlükəsizliyini artırdığına görə eyni zamanda qəzaların profilaktikası baxımından da cöx önəmlidir. Bu zaman vətəndaşların təhlükəsizliyi də nəzərə alınır. Bu günə kimi Bakı-Abşeron dairəvi dəmir yolunda 25 yeni yeraltı və ya yerüstü piyada keçidləri tikilib. Bildiyim qədəri ilə bu yöndə işlər davam etdirilir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man