Pirşağı qəsəbəsinin yol infrastrukturu tam olaraq yenilənəcək

Yeniliklər 19 İyun 2020 | 16:41
OXUNUB: 824

Dövlət başçısının tapşırığına əsasən, rahat gediş-gəlişinin təmin olunması üçün vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Sabunçu rayonu Pirşağı qəsəbəsində yol infrastrukturunun tamamilə yenilənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaxın günlərdə  genişmiqyaslı təmir-tikinti işlərinə start veriləcək.

Qeyd edək ki, anoloji işlər 2019-cu ildə rayonun Kürdəxanı qəsəbəsində aparılmışdı. Bu çərçivədə qəsəbənin 74 km-ə yaxın 124 küçəsi təmir olunmuşdu.

 Ümumilikdə isə vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man