Xosrov xan Qaşqay: Mübarizədə bitən ömür

YAZARLAR 03 May 2019 | 10:22
OXUNUB: 4183
1922-ci ildə dünyaya gələn Xosrov xan İsmayıl xan Sövlətüddövlə Qaşqayın ən kiçik oğludur. Uşaqlığını Qaşqay elində, Firuzabad ətrafında keçirmişdi.  Atası Tehrana sürgün edildiyində isə bir müddət bu şəhərdə yaşamışdı. Əlburz kolejindəki təhsili sırasında həyat onun üçün olduqca çətin idi.  Atası və böyük qardaşı Nasir xan Pəhləvi zindanındaydı. Ailəsi həbsdən çıxınca Qaşqay yurda geri döndü. 
 
II Dünya Savaşında 20 yaşındaydı. Siyasətlə ilgilənirdi. Elin azadlığını, müstəqilliyini istəyirdi.  1948-ci ilə  qədər  beş ilə yaxın mərkəzi hökumət ilə savaşdı. Böyük bir Türk qadını olan anası Xədicə bibinin dəstəyi ilə Güney Polisi/ Polis-i Cənub deyilən İngilis işğalçılarına və daha sonra Tudə tərəfdarlarına qarşı mübarizə vermiş, bunları qaşqayların arasına buraxmamışdı. Bu savaşlarda və Səmirum savaşında el birliklərinə şəxsən başçılıq etmişdir. Mərkəzi hökuməti, savaşlarda əldə etdiyi uğurlarla Qaşqay elinə qarşı yumşalmağa məcbur etdi. Bir çox uğurlar qazandı. Bu qazancların ən önəmlisi qaşqayıların məclisdə təmsil edilməsi oldu. 
 
Xosrov xan 25 yaşında Firuzabad bölgəsindən millət vəkili seçildi. Gənc yaşda siyasətə atıldı. Ancaq mərkəzi hökumət, müxtəlif oyunlarla millət vəkilliyini əlindən aldı. Bu dönəmdə Firuzabad valisi olaraq çalışırdı. 1950-ci ildə 16-cı Dönəm seçimlərində  Milli Cəbhə Partiyasının  nümayəndəsi oldu. Səslərin tamamına yaxınını alaraq Firuzabad millət vəkili olaraq məclisə daxil oldu.  Başçılığını milli bir şəxsiyət olan Türk aristokratlarından Doktor Məhəmməd Müsəddiqin etdiyi Milli Cəbhənin güclənməsində önəmli rolu vardı. Tehranda Dr. Müsəddiqin ən yaxın dostlarından biri oldu. Neftin milliləşdirilməsi üçün hazırlanan qanun layihəsinə atılan ilk imza Xosrov xana aiddir. Mirzə Hidayətulla xan Aştiyaninin və Qacar şahzadəsi Nəcmüssəltənə Mələktac xanım Firuzun oğlu olan Dr. Məhəmməd Müsəddiqi dəstəkləmiş, imperialistlərin oyunu ilə vəzifədən uzaqlaşdırılınca edamını əngəlləmişdi.
 
Xosrov xan Qaşqay Milli Cəbhənin ən fəal liderlərindən və Müsəddiqin ən yaxın əqidə yoldaşlarından birisiydi. 19 avqust 1954-cü il çevrilişində məclisin qapanmasından sonra güneydəki yurduna dönərək, Qaşqay ordusunu qurdu və  çevriliş hökumətinə qarşı mübarizəyə başladı. Hökumətin  "Ölkəni tərk et!” çağrışına "Xeyr” cavabı verərək, Firuzabad bölgəsinə getdi və mübarizəsinə illərcə davam etdi. Pəhləvi rejiminin, Amerikanın verdiyi təyyarə və silahlarlarla Qaşqay elini vurmağa hazırlandığı xəbərini aldıqdan sonra, günahsız Türk xalqının ölümünə razı olmadı. Bu səbəblə ölkədən ayrılıb, Almanyaya sürgünə getdi. Xosrov xan şahın və hökumətinin məhkəməyə müdaxiləsini qanundankənar elan etdi.
 
Sürgün yaşamında da mübarizədən heç vaz keçmədi. Xarici ölkələrdə şah istibdadına müxalifət edən Tələbə cəmiyyəti ilə yaxından ilgiləndi. Dr. Hüseyn Fatiminin ölümündən sonra yoldaşları ilə birlikdə "Baxtər" qəzetini, Milli Cəbhənin qəzeti olaraq nəşr edib yaydılar.  "Savak” adını daşıyan İran Kəşfiyyat təşkilatı (Sazman-i Əmniyyət və Arzəş Kişvər), bu olaydan xəbərdar olduqdan sonra, İran hökumətinin təklif və tələbi nəticəsində fransızlar bu qəzeti qapatdılar. Xosrov xan Camal Əbdülnasirın dəvəti ilə Misirə getdi. Burada qurulan bir radio stansiyası vasitəsiylə İranlı müxaliflər və Qaşqay elinə ismarışlarını çatdırma imkanı tapdı. Bir müddət sonra iqtisadi imkansızlıqlardan ötrü radio bağlandı.
 
Pəhləvi xanədanının Xosrov xan Qaşqaya olan kin və düşmənçiliyinin digər bir səbəbi də, atası Sövlətüddövlənin güclü və qüdrətli Qaşqay elinin dəstəyi ilə şah olma ehtimalıydı. Bu əndişə ilə Sövlətüddövlə, Pəhləvi ailəsi tərəfindən zindanda öldürüldü. İsmail xan Sövlətüddövlə Qaşqayın öldürülməsi qaşqaylarla pəhləvilərin arasını bir daha düzəlməmək üzrə açdı. Çünki Qaşqay xanlarının əsalət və şəcərəsi o qədər güclüdür ki, İran şahları Qaşqay xanlarının qızlarını istədiklərində, onları kiçik görüb vermədikləri bilinən xüsuslardandır. Bu nədənlə pəhləvilər, Qaşqay xanlarını hər zaman taxtlarının rəqibi olaraq görmüşdür.
 
Xosrov xan 1963-cü ildə ölkəyə dönüb, Qaşqay eli ilə birlikdə üsyan edib mübarizə etmə qərarı aldı. Ancaq İran kəşfiyyat təşkilatı Savak, Qaşqay xanının bu fəaliyətlərini, işbirliyi içərisində olduğu Fransa, İngiltərə və Almanya gizli servisləri vasitəsiylə öyrəndi və yenə bu təşkilatlar araçılığı ilə əngəllədi.
 
Məhəmmədrza şah tərəfindən 1962-ci ildə  başladılan, 5 iyun 1963-cü il tarixində referanduma təqdim olunan Ağ inqilab/ İnqilab-i Səfid, İranda daha çox türklərin sahib olduğu torpaqlar ilə ruhanilərin nəzarətindəki vəqf ərazilərini milliləşdirmə və xalqa paylamağı hədəfləyən "Torpaq islahatı planı”na Qaşqay elxanı Xosrov xan da qarşı çıxdı. Çıxan olaylarda yüzlərcə Qaşqay türkü həyatını itirdi. Ayətullah Xomeyni də Ağ inqilaba şiddətlə qarşıydı. Xomeyni Tehran bazar əhalisi ilə mədrəsə şagirdlərinin dəstəyini aldı. Həzrət Hüseynnin şəhid edildiyi günə rastlayan aşura məclislərində xalq ayağa qalxdı. Hökumətin daxili və xarici siyasətini şiddətlə tənqid edən vəəzindən ötrü Xomeyni 5 iyunda tutuldu. Aprel 1964-cü ildə sərbəst buraxıldı. Oktyabr ayında, "İranda vəzifəli Amerikan vətəndaşlarının İranda mühakimə edilməyəcəklərinə” dair parlamentin aldığı qərara qarşı çıxmasına görə 1964-cü ilin noyabrında yenidən tutuldu və Türkiyəyə sürgünə göndərildi. Türkiyədəki sürgün dönəmində Bursanın Çəkirgə səmtində yaşadı. Ağ inqilab adı verilən islahat planı, dönəmin Əkinçilik naziri Həsən Ərsəncani tərəfindən həyata keçirildi.
 
Xosrov xan Qaşqay 1978-ci ildə xarici ölkələrdə konfrans, simpozium və müxtəlif yollarla İran şahı Məhəmmədrza Pəhləvinin qanunsuz fəaliyətlərini və cinayətlərini və Savakın Hitleri aratmayacaq işkəncə metodları ilə xalqı sındırmaq və susdurmaq üçün uyğuladığı üsulsüzlükləri və əxlaqsızlıqları gözlər önünə sərdi. Bu dönəm, İran inqilabının da başlanğıcı oldu. Bugün belə İran taxtı üçün həm Qaşqay xanlarının, həm də Qacar şahzadələrinin adı keçməkdədir. Uyğuladığı ağıl almaz zülmlərdən ötrü pəhləvilərin adını duyunca xalqın əti ürpəşir. 
 
Xosrov xan Pəhləvi rejiminin yıxılmasının ardından İrana geri döndü. İran İslam Respublikası elan ediləndən sonra düzənlənən ilk məclis seçimlərində namizəd oldu və Şiraz/ Eqlid şəhərindən seçilərək məclisə vəkil kimi daxil olmağa haqq qazandı. Ancaq Xosrov xan Qaşqay üçün tarix təkrar etmiş, yeni idarə tərəfindən millət vəkilliyi mandatı verilməmişdi. Firuzabad civarında qaşqaylar ilə pasdarlar arasında çıxan çatışmalara görə əksinqilabçı, ABŞ casusluğu ilə suçlanaraq, millət vəkilliyi əlindən alınmış və məclisdən atılmışdır. Üstünə üstlük İnqilab Məhkəməsinin gerçəkdən kənar suçlamalarının hədəfi olmuş, yeni idarənin əmriylə də pasdarlar tərəfindən evi mühasirə olunmuşdu. Vəlhasıl Azərbaycanlılar, Qaşqaylar, Türkmənlər və digər Türk topluluqları və liderləri, rejim dəyişikliyindən umduqlarını tapmadılar.
 
Xosrov xan Qaşqay bu hüquqsuzluğa qarşı çıxaraq, güvənlik gücləriylə çatışmaya girmişdir. Elindən uzaq olduğu və yardım ala bilmədiyi üçün Tehranda tutulmuşdur. Xanlarının haqsız yerə tutulduğunun duyulunca Qaşqay eli üsyan etmiş, Qaşqay-Yurddakı şosseləri, kazarmaları və dövlət dairələrini ələ keçirmişdilər. Qaşqayların yolları  qapatmalarına görə, Azərbaycanlı olan prezident Bəni-Sədr olayların vəhamətini fərq etmiş, araya girərək, Xosrov xana yönəlik itthamların geri alınmasına şərait yaratmış, silahlı mübarizəni sona çatdırmış və sərbəst buraxilmasına göstəriş vermişdir. Xosrov xan İranın güneyindəki yurduna, elinin arasına dönmüşdür. Qısa müddət içərisində Qaşqay eli silahlanaraq xanlarının yanında yer almışdır. Dövlətlə silahlı çatışmaya girmə arzusunda olmamasına rəğmən, mərkəzi idarə qaşqayları əzmək üçün Xosrov xanı savaşa məcbur etmişdi. Dövlət nümayəndələri savaş təyyarələri və ağır donanımlı birliklərlə Qaşqay-Yurda hücum etmişdi. Hökumət ilə qaşqaylar arasında savaş və çatışma iki il sürmüşdür. Çox sayda Qaşqay gənci həyatını itirmişdi. Hökumətin çatışmanı yaylaqlarda olan günahsız Qaşqay tayfa və tirələrinin qadın, uşaq və yaşlılarının oturduğu çadırlara yönləndirməsi, Xosrov xanın savaşı durdurmasına yetmişdir.  Xosrov xan Qaşqay birliklərinə çatışmaları durdurmaları təlimatı vermiş və hamısını evlərinə və çadırlarına göndərmişdir. Özü mübarizəsini siyasi sahədə sürdürmək üçün xaricə getmə qərarı almışdır. Ancaq xəyanətə uğramış və güvənlik gücləri tərəfindən yaxalanmışdır.
 
Xosrov xan qaşqaylar arasındakı birliyi təmin etmək və digər Türk boylarıyla birlik yaratmaq üçün Müsavat Partiyasının qurulmasına dəstək vermişdi. İran türkləri bu partiya ətrafında birləşdi. Ancaq hökumət daha öncəki suçlamalarla Xosrov xanı təkrar tutdu. Aylarca gördüyü işkəncə və zulmün ardından verilən edam cəzası, aydınların və siyasilərin     qeyrətinə rəğmən əngəllənə bilmədi. Qaşqay xanlarının idarə mərkəzi olan Firuzabad şəhərində 1984-cü ilin payızında edam edildi. Xosrov xan edam edildiyində 62 yaşındaydı. (//elxan.blogspot.com/, Rəcəp Küçükizsiz; Muhtəlif sempozyum və konfəranslarda  tutulan notlar)
 
 Ənvər Çingizoğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man