Tariximizə qızıl hərflərlə yazılan möhtəşəm Zəfərimizin Füzuli səhifəsi

YAZARLAR 17 Oktyabr 2024 | 19:04
OXUNUB: 3720

Bu gün Zəfər tariximizin şanlı səhifələrindən biri olan Füzuli rayonunun işğaldan azad olunması günüdür. Rəşadətli Azərbaycan ordusu Füzuli şəhərini düşmən tapdağından azad etməklə Ermənistan silahlı qüvvələri üzərində psixoloji üstünlüyünü daha da artırdı.

 

Füzuli rayonu İranla sərhəd və Ermənistan ordusunun eşolonlaşdırılmış müdafiə xəttinin, məşhur Ohaniyan səddinin yerləşdiyi rayon olduğu üçün düşmən qüvvələri buranı alınmaz qala hesab edirdi. 

 

Lakin hərbi əməliyyatların gedişində cənab Prezident İlham Əliyevin hücumlarda etdiyi strategiya dəyişikliyi və Azərbaycan əsgərinin, zabitinin peşəkarlığı işğalçı qüvvələrin müdafiə potensialını yerlə yeksan etdi. Nəticədə, 17 oktyabr 2020-ci il Füzuli şəhəri və ətraf kəndlər öz sahiblərinə qovuşdu. Füzuli şəhərinin sakinləri, məcburi köçkünlər və ümumilikdə Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımızın, cənab İlham Əliyevin işğalın başa çatması ilə bağlı xalqa müraciətini sevinc, fəxr və qürur hissi ilə dinlədi.

 

Biz Füzuli rayonuna geri qayıdarkən erməni vandalizminin izlərini hər bir məkanda ürək ağrısı ilə seyr etdik. Dünya bu dərəcədə vəhşiyilə şahidlik etməmişdi. Lakin qalib Azərbaycan və onun qalib sərkərdəsinin siyasi iradəsi bu gün bütün yaralarımızı sağaldır və bizlərin gələcəyə olan ümidlərini artırır. Qədim tariximizin izlərini özündə daşıyan Füzuli şəhəri bu gün yenidən qurulur, sürətli inkişafa ev sahibliyi edir.

 

Qələbəmiz qutlu olsun.

 

Günay Ağamalı 

 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man