Yüngül qəzalar zamanı tıxacdan necə qurtulmaq olar? - FOTO

Yazarlar 08 İyun 2022 | 17:00
OXUNUB: 573

Abdulvahab Salamzadə küçəsində Ziya Bünyadov prospekti istiqamətdə baş vermiş yol nəqliyyat hadisəsi sıxlığa səbəb olub. Foto oradan çəkilib.
Gün ərzində onlarla belə hadisə baş verir və fotodan da göründüyü kimi, yüngül qəzadır, arxadan toqquşma olub. Amma sürücülər düşüb bir saat müzakirə aparır, bir o qədər də sığortanı və yol polisini gözləyir. Yoldan keçənlər də sürəti aşağı salıb boylanır, telefon çıxarıb video-foto çəkir. Nəticədə dəhşətli tıxac yaranır.
Amma "Yol hərəkəti haqqında" qanunda yazılıb ki, belə qəzalar zamanı sürücülər öz aralarında razılığa gəlib hadisənin sxemini çəkməklə yaxınlıqdakı yol polisi şöbəsinə yaxınlaşa bilər. Polis sənədləşmə aparıb qərar çıxarandan sonra sığortaya onlayn qaydada bildiriş göndərir və zərərçəkən sığorta ödənişi alır.
Amma sığorta şirkətləri də dirəşir ki, xeyr, mən də hadisə yerinə gəlməliyəm. Sürücülər də sığorta ödənişini almaq üçün dayanıb gözləyirlər. Hətta maşını yerindən tərpətmirlər ki, problem olar.
Ancaq bunun həlli yolunu tapmaq lazlmdır. Bu foto elə sığorta üçün də, polis üçün də yetərli bir faktdır. Hadisə yerində sürücülər də foto və video çəkib oradan qısa zamanda uzaqlaşmalıdır. Qanunda hadəsnin sxemini çəkmək tələbini ləğv etmək lazımdır. İnsanlar sxem çəkən deyil. Amma hamıda telefon var və foto-video çəkmək kifayət edər. Polis və sığorta da həmin foto-video əsasında qərarını versin. Yoxsa saatlarla yolun ortasında dayanıb gözləmək lazım deyil.
Nəzərə almaq lazımdır ki, hadisə baş verən zolaqda hərəkət nəqliyyat vasitələri başqa zolağa keçəndə həmin zolaqdakıları da ləngidir. Nəticədə hər bir avtomobilin 2-3 saniyəsi ləngiməsi ümumi nəqliyyat axınını 20-25 dəqiqə ləngidir. Yəni, zəncirvari proses baş verir və tıxac daha da ağır formaya düşür.

 

Elməddin Muradlı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man