İşğaldan azad olunan ərazilərdə yanacaq problemi var - Necə həll etmək olar?

Yazarlar 08 İyun 2022 | 12:34
OXUNUB: 478

Laçına və Kəlbəcərə qayıdan təsərrüfat adamlarının üzləşdiyi başqa bir problemi də xatırlatmaq istərdim.

Artıq həmin rayonlara yüzlərələ təsərrüfat adamı qayıdıb və bu proses davam etməkdədir. Sözsüz ki, onların əksəriyyətinin yük və minik avtomobilləri var. Laçın və Kəlbəcərdə isə hazırda avtomobil yanacağının pərakəndə satışını həyata keçirən heç bir məntəqə (YDM) yoxdur. İnsanlarımız xeyli əziyyət çəkirlər. Orada inşaat və quruculuq işləri ilə məşğul olan şirkətlər öz texnikaları üçün yanacaq gətirirlər və təbii ki, onu satmırlar. Ordumuz da mülki insanları yanacaqla təmin edə bilməz.

Ona görə də təcili surətdə bu problem həll edilməlidir. Hələlik ən azından əsas təhlükəsizlik qaydalarına riayət etməklə həmin rayonların hərəsinə 1-2 yanacaq çənli avtomobil (səyyar YDM) göndərmək və dədə-baba qaydasında (hətta lazım gəlsə vedrələrlə) ehtiyacı olanlara yanacaq satışını təmin etmək lazımdır.

Bunu YDM şəbəkəsi olan istənilən şirkət bircə gündə təşkil edə bilər. Yetər ki, səlahiyyətli şəxslər belə təşəbbüsü onlara çatdırsınlar.

 

Ərşad Hüseynov

hüquqşünas

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man