“Sülhməramlılar camaatımızın yurdlara dönüşünə süni əngəl yaradır” - Hüquqşünas

Yazarlar 08 İyun 2022 | 11:38
OXUNUB: 768

“Laçında rus sülhməramlılarının yaratdığı problem yurdlarımıza gedib-qayıdanlara ciddi mane olur.”

Bunu açıqlamasında hüquşünas Ərşad Hüseynov deyib. O, Laçına səfərindən də danışıb. Bildirib ki, iki ay bundan əvvələ qədər sülhməramlılar sadəcə onların "müvəqqəti nəzarət zonası"ndan keçərkən bizi müşayiət edirdilər, uzaq başı kənardan maşınlarımıza baxırdılar ki, nə var, nə yoxdu.

“Son vaxtlar isə maşınların hər yerinə baxmağa, yukləri bir-bir yoxlamağa, zənbillərə, bağlamalara da baxmağa başlayıblar. Bunu hər iki istiqamətdə gedəndə edirlər. Nəticədə insanlarımız xeyli vaxt itirirlər, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar və s. Yurdlarımıza heyvandarlıq və arı təsərrüfatlarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq lap ciddi problemə çevrilib. Təsəvvür edin ki, həmin "yoxlama" səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalıb gözləyirlər. Bu səbəbdən itkilər (mal-qara və arıların tələf olması) də var.”

Ərşad Hüseynov hesab edir ki, sülhməramlıların bu yeniliyi camaatımızın yurdlara dönüşünə süni əngəl yaratmaqdır. “Ona görə də təcili surətdə dövlət qurumlarımız bunun qarşısını almalıdırlar. Həmin sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur və ola bilməz. Həm də insanlarımız onların "müvəqqəti məsuliyyət zaonası"nı dayanmadan keçirlər. Hər bir halda ümid edirəm ki, dövlət qurumlarımız sülhməramlıların statusunu və səlahiyyət dairəsini onlara təkrar xatırladacaqlar.”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man