“Taksi sürücüsündən yol soruşursan, səndən pul istəyir”- Nəqliyyat eksperti

Yazarlar 06 İyun 2022 | 16:14
OXUNUB: 1843

10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun, gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq. Şəhər istiqamətində yollar bağlı olduğu üçün insanlar taksilərdən istifadə etmək məcburiyyətində qalır. Bəzi işbaz taksi sürücüləri fürsətdən istifadə edərək qiymətləri iki qatına qaldırırlar.


Medianews.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı dedi ki, bu vicdan məsələsidir:
“Bunun çıxış yolu mental dəyərlərə sadiqlikdir, fürsətcil olmamaqdır. İnsanların qanında bu varsa, nə etmək olar? Çıxış yolu dövlət qurumlarının vəziyyətə ciddi şəkildə nəzarət etməsidir, ayrılan pulları uyğun qaydada xərcləməsidir, əgər kiminsə yolunu kəsirsə, ona alternativ variant verə bilməsidir. Yoxsa “yolu kəsdim, kim nə istəyir etsin, kim haradan istəyir keçsin”-kimi anlayışlar olmaz axı . Kim nə qədər qiymət istəyir qaldırır, “koram, karam, lalam”- prinsipi ilə yanaşmaq doğru deyil. Belə yanaşma olanda əlbəttə ki,  sürücü oradan istifadə edəcək”.

Taksilərin qiymət qaldırması məsələsinə gəlincə ekspert bildirdi ki, taksidən yol soruşanda da pul istəyir:
“Hətta indi çox iyrənc bir mənzərə yaranıb. Kimsə bu alternativ yollardan istifadə etmək üçün ara küçələrə girir, tanımır. Taksidən yol soruşur, taksi də ondan pul istəyir ki, pul ver aparım səni əsas yola çıxarım. Yaxud da pul ver yol göstərim. Görün nə qədər iyrənc bir dövrə gəlib çıxmışıq. Fikirləşirsən ki, insanlıq bu qədər dəyərdən düşə bilməz, düşməməlidir. Bunun da başında aidiyyatı məsuliyyətsiz qurumlar dayanır. Onlar istəsəydilər bu işi səmərəli şəkildə təşkil edə bilərdilər ki, vətəndaş nə taksi sürücüsündən asılı qalsın, nə də başqa bir problem yaşasın. Ona görə səmərəsiz fəaliyyət öz nəticəsini göstərməkdədir”.

Elməddin Muradlının sözlərinə görə, bu məsələ mənəvi bir məsələdir, insanlıq halıdır:
“Əgər taksi sürücüsü bundan sui-istifadə edirsə, yolda qalan sərnişini evə, mənzil başına çatdırmaq üçün 1 manatlıq yolu 2 manata aparırsa, bunun heç bir əxlaq dəyərlərinə sığası, mənəvi dəyərlərə uyğun bir halı yoxdur. Bu insanlıqdan kənar bir haldır. Dünən o yolu 1 manata gedirdin, bu gün bilirsən Formula 1-ə görə yol bağlıdır, vətəndaşlar məcburdur bu yolu getməyə, sən ondan istifadə edib 2 manat alırsansa, bunu sadəcə bir cümlə ilə vicdansızlıq adlandırmaq olar”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man