Bu avtomobillər Bakını “hibrid qəbiristanlığı”na çevirəcək - Vəziyyətdən necə çıxaq?

Yazarlar 03 İyun 2022 | 11:18
OXUNUB: 1223

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, yanvarın 1-dən iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği artırılıb, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən, elektrik mühərrikli avtomobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-dən azad olunub. Bəs, 5 aydır qüvvəyə minən qərar ötən dövr ərzində avtomobil bazarına necə təsir edib?

Mövzu ilə bağlı publika.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, yanvar ayından tətbiq olunan güzəşt müsbət təsirlərini göstərməkdədir: “Elektromobillər üçün o qədər də geniş imkanlarımız yoxdur, infrastruktur, enerji doldurma məntəqələri və s. öz həllini tapmayıb və bu, hələ də problem olaraq qalır. Ona görə də elektrik mühərrikli avtomobillərə maraq çox azdır. Ancaq hibrid avtomobillər kütləvi şəkildə ölkəyə gətirilir. Hibridlərin ölkəyə gətirilməsinin rəsmi dillerlər vasitəsilə həyata keçirilməsi yaxşı haldır. Lakin təəssüf ki, fərdi qaydada köhnə hibrid “Toyota Prius” avtomobilləri də gətirilir. Bu, heç xoş mənzərə deyil və ağır fəsadlarını bir müddət sonra yaşayacağıq, onlar “hibrid qəbiristanlığı”na çevriləcək. Çünki bu növ avtomobillər müxtəlif ölkələrdə artıq istifadəyə yararlı deyil, yəni atılıb və həmin dövlətlər onun daha müasir variantına keçir”.
E.Muradlı vurğulayıb ki, hazırda avtomobil bazarında qismən qiymət artımı müşahidə edilir: 

“Bu, taksiyə yarayan, daha böyük və köhnə olan hibrid avtomobillərin çox gətirilməsi ilə bağlıdır. Tələbat artdıqca, qiymətlərdə də müəyyən təsirlər özünü göstərir. Təəssüf ki, Azərbaycanda bazar alverçilər tərəfindən tənzimlənir, onlar istədikləri zaman qiyməti qaldıra və ya aşağı sala bilir, süni qiymət artımı yaradırlar. Belə məsələlərə dövlət tərəfindən nəzarət olunsa, çox yaxşı olar”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man