Görülən işlər insanların azad edilən torpaqlara qayıdışını təmin ediləcək - FOTO

Yazarlar 29 May 2022 | 22:46
OXUNUB: 1010

May ayının 27-də Vətən müharibəsi zamanı azad edilən ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərinin ilk sevincini yaşadıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi.

Azərbaycanın Müstəqillik Gününün 104-cü ili ərəfəsində keçirilən bu xoş mərasim zamanı olkə rəhbəri və birinci xanım Ağalı kənd meydanında işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi, daha sonra isə “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərdiyi Dövlət Xidmətləri Mərkəzi ilə tanış olub, həm də Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektlərinə baxıb, “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular.

Prezident İlham Əliyev   Ağalı kəndinin sakinləri ilə görüşü zamanı bir sıra məqamlara toxunub. Qeyd edilib ki,  artıq “Böyük qayıdış” deyilən prosesə start verilib. Azad edilən ərazilərdə bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihənin icra edildiyi Zəngilanın Ağalı kəndində bir il ərzində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə olaraq daha 150 iki və üç mərtəbəli evlərin inşa edilməsi nəzərdə tutulub.

Bu gün qarşıda duran əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələrin dayanmadan genişləndirilməsidir.  Bu ərazilərə dəmir yolları, altı və dörd zolaqlı avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək.  Burada salınan yeni aqroparkda artıq bu il ilk məhsul götürüləcəkdir. Bütün bu işlər böyük zəhmət və maliyyə hesabına başa gəlir. Azad edilmiş ərazilərin miqyası çox böyükdür, bura cənab Prezidentin qeyd etdiyi kimi dörd Lüksemburq və ya bir Livan ölkəsinə bərabərdir. Ancaq bütün çətinliklərə baxmayaraq işlər sürətlə gedir və Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatacaqdır.

Hazırda bu torpaqlara insanların qayıdışı üzün bütün şərait, tam yeni infrastruktur yaradılır. Kənd təsərrüfatının inkişafı istiqamətində işlər həyata keçirilir. Birinci mərhələ başa çatdıqdan sonra növbəti mərhələlərdə müasir layihələr əsasında yeni-yeni qəsəbə və kəndlərin bərpası, tikintisi aparılacaq və 30 ilə yaxın doğma yurd həsrəti çəkən soydaşlarımızı öz torpaqlarına qayıdışı təmin ediləcəkdir.

Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdi. Bu zaman biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. İnanırıq ki, görülən genişmiqyaslı işlər nəticəsində insanların azad edilən torpaqlara qayıdışı da qısa zaman ərzində təmin ediləcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

 

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man