"Sağalmaz yara"mız olan tıxacların həll yolu nədir? - Ekspertdən CAVAB

Yazarlar 27 May 2022 | 18:49
OXUNUB: 590

Bakımız gündən-günə müasirləşir. Şəhərimizə gözəllik verən göydələnlər, dəbdəbəli restoranlar və uzun-uzadı yollarla yanaşı, Bakımızı nəfəs almağa qoymayan problemlər də var. Məsələn, bitmək bilməyən tıxaclar.

Hər gün şəhərin müəyyən yerlərində tıxaclarla rastlaşırıq. Həyat yolumuzun nə qədər davam edəcəyini bilmədiyimiz halda, tıxaclı yollarda təximinən 1-2 saat itirəcəyimizi əvvəlcədən hesablaya bilirik... Bəs belə müasir, dünya nizamları ilə ayaqlaşan, gözəl Bakımızın yollarını iflic edən tıxacların niyə həll yolu yoxdur?

Mövzu ilə bağlı Sonxeber.az saytına nəqliyyat eksperti Elməddin Muradov fikirlərini bildirib:

O da tıxacları şəhərimizin "sağalmaz yarası" adlandıraraq qeyd edib ki, "20 Yanvar" dairəsi tıxacların daha gərgin rast gəldiyi nöqtədir:

"Tıxacların həll yolu kimi geniş layihənin işlənilməsinə baxmayaraq, təəssüf ki, bu, özünü doğrultmadı. Beynəlxalq Avtovağzal Kompleksinin tikilməsinin əsas məqsədi "20 Yanvar" metrosunda düşən, Sumqayıt və Abşerondan gələn sərnişinlərin orada enib şəhərin müəyyən istiqamətlərində paylanması idi. Amma bu işi düzgün qura bilmədilər".

Ekspert qeyd edib ki, milyonlarla vəsait xərclənsə sə, iş düzgün təşkil olunmadığı üçün nəzərdə tutulan effekti vermədi:

"Qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olan mikroavtobusları, taksiləri "20 Yanvar"dan yığışdırmaq mümkün deyil. Bu işlərin görülməsi istiqamətində peşəkar layihə ortaya qoyulmadığı üçün belə problemlərlə rastlaşırıq.

Hazırda "20 Yanvar" dairəsi ətrafında xaotik sərnişin hərəkətini yığışdırmaq üçün müəyyən təkliflər və layihələr var. Nəqliyyat Nazirliyi "20 Yanvar" dairəsi ətrafında standart körpü modeli tikdi. Halbuki XXI əsrdə dünyanın heç bir ölkəsində bu cür körpülər tikilmir.

Körpülər şaxələnmiş şəkildə, bir yolu digəri ilə birləşdirən formada tikilir, prosess bu cür gedir. Bizdə isə tamam fərqlidir: formal tikilən körpülər heç nəyə yaramır. Bu körpünün tikilməsi səmərəli deyil, çünki körpünün altında üstündəkindən daha çox avtomobil olur. 3-cu mikrorayon dairəsindəki körpüdə də həmin vəziyyətdədir. Milyonların xərclənməsinə baxmayaraq, ortada nəticə yoxdur.

Həmin ərazidə BNA, yol polisi layihələr həyata keçirsə də, effekt verməyib. Qanunsuz sərnişin daşımanın qarşısı alınmayanadək orada hec bir nəticə əldə olunmayacaq.

Burada yaşayan sakinlər, demək olar ki, bütün bu səs-küydən, maşınların siqnallarından, taksilərin müştəri axtarışı zamanı çağırışlarından xəstəlik tapır.

Məsələnin həll yolu olaraq, geniş söküntü işlərinə və nəqliyyat qovşağı yaratmağa ehtiyac var. "Velotrek" adlandırdığımız ərazi də eyni vəziyyətdədir. Nizamsız iş, pul hərisliyi nəticəsində obyektlərin əlindən "Velotrek" yolun ortasına gəlib çıxıb.

Bakımız nəqliyyatın əlindən "boğulur". Qabaqlayıcı tədbirlər görülməsə, elə bu cür vəziyyət hökm sürəcək".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man