“Avtobus sürücülərinin törətdikləri qayda pozuntuları son vaxtlar əvvəlki illərə nisbətən xeyli səngiyib. Burada nəzərə çarpacaq dərəcədə azalmadan söhbət gedir. Sadəcə olaraq çox təəssüflər olsun ki, hələ də bəzən neqativ halların şahidi oluruq”. Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, insanlar daha yüksək keyfiyyətli xidmət arzuladıqları halda, neqativ mənzərənin şahidi olurlar: “Təəssüflər olsun ki, bəzən hətta bizim nümunə kimi göstərdiyimiz “Baku Bus”un sürücüləri belə yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Bu kimi hallar çox təəssüf ki, yenə də baş verir. Düşünürəm ki, bu problemlər ciddi nəzarət mexanizminin olmamasından irəli gəlir. Avtobusu dayanacaqdan kənarda saxlamağın 100 manat cəriməsi var. Amma xüsusi texniki vasitələrlə belə bunu tam aşkarlaya bilmirlər. Vahid dispeçir xidməti tam formalaşmayıb. Bir neçə şirkət var ki, öz işini səmərəli şəkildə qurur və öz sürücülərini də kameralar vasitəsilə nəzarət edir. Avtobuslara kamera quraşdırır və vahid bir mərkəzdən onları izləyirlər. Amma bunların tam izlənməsi yenə də mümkün deyil. Lakin bəzi şirkətlər işlərinə bu cür dəqiqliklə yanaşmırlar. Bütün problemlər də elə buradan qaynaqlanır. Bu cür problemlərin qarşısını almaq üçün isə vahid bir yanaşma nümayiş etdirilməli, ciddi nəzarət mexanizmi olmalıdır. Belə olan halda müsbət nəticələr əldə edə bilərik”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man