Norveç necə elektromobil ölkəsi oldu? - Maraqlı tarixçə - FOTO - VİDEO

Yazarlar 24 May 2022 | 08:46
OXUNUB: 1302

Norveçlə Azəbaycan arasında paralellər aparsaq çox sayda oxşarlıq və fərqlilik ortaya çıxar. Başlıca oxşarlığımız neft ölkəsi olmağımızdır. Fərqimiz isə çoxdur: bura günəşli Azərbaycandır, orda isə soyuq Skandinaviya.

Etiraf edək ki, onların qonşu sarıdan bəxti çox gətirib. Nə isə, bu başqa mövzudur.
Avtosfer.az-ın xəbərinə görə, 80-ci illərdə Avropada elektromobil və hibrid avtomobillərə maraq artdığı dövrdə Norveçdə belə bir ideya hakim idi: neftimiz boldur, elektrikə, sağlam ekoloji mühitə ehtiyac yoxdur. Lakin bu düşüncə tərzinin zərərli olduğunu görənlər də vardı. Bunlrdan biri də məşhur A-ha musiqi qrupu idi. Onlar mahnılarında neft mənşəli yanacağın ziyanını təşviq edir, elektromobilləri təbliğ edirdilər. 
1989-cu ildə qrupun 3 günlük İsveçrə qastrolu onların həyatında dönüş nöqtəsi olur. Onlar vətənə qayıdarkən özləri ilə elektromobil aparırlar və həngamə bundan sonra qopur. Onlar qayda pozmağa, avtobus yoluna çıxmağa başlayır, qanunsuz yerlərdə park edirlər. 
Mübarizə nəticəsiz qalmır. 1990-cı ildə İsveç hökuməti elektromobillərin idxalına və qeydiyyata alınmasına icazə verir, onları bütün növ ixrac rüsumlarından azad edir. 1996-cı ildə bütün elektromobillər bütün növ yol vergisindən azad edilir. 1997-ci ildəelektromobil sürücüləri pullu yollardan havayı istifadə hüququ əldə edir. 1999-cu ildən onlar üçün parklama pulsuz olur, 21-ci əsrdə isə tıxacdan yayınmaq üçün avtobus yoluna çıxmalarına icazə verilir.

 



Bəs nəticə necə oldu? Rokçuların səyləri fayda verdimi?
2021-ci ildə Norveçdə satılan bütün təzə nəqliyyat vasitələrinin 64,5%-i.  Bəzi aylarda satılan hər 10 avtomobildən 7-si  elektromobil olub. Benzin və dizel avtomobillərin bazar payı 10% ətrafında olub. Qalan  yerləri hibrid və hidrogen mühərrikli texnika bölüşür. İsveç hökumətinin məqsədi 2025-ci ildən etibarən yalnız 0 emissiyalı avtomobillərin satılmasıdır.
Qayıdaq vətənimizə: bizdə də elektromobillərin idxalına müəyyən güzəştlər edilsə də, bu avtomobillərin kütləviləşməsi ləng gedir. Sevindirici məqam isə bundan ibarətdir ki, ikinci əl eketromobillər ölkəyə (hələ ki) kütləvi şəkildə daşınmır. 
Norveçin timsalında gördük ki, orada proseslər tədricən, öz təbii axarında gedib. Bizə gəldikdə isə, bu sahədə inqilabi yolla dəyişiklik mümkün deyil və lazım da deyil. Çünki texnikada inqilabi dəyişiklik mənfi nəticəyə də gətirib çıxara bilir. Lakin zaman da gözləmir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man